Azərbaycanın ən böyük pambıq yağı istehsalçısı olan Şirvan yağ emalı zavodu pambıq yağı istehsalını artırır.

Bu barədə "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına “MKT İK” MMC-nin Satış departamentinin rəhbəri Mələk Məmmədova məlumat verib.

M.Məmmədovanın sözlərinə görə, son mövsümdə (2023-cü ilin oktyabr-2024-cü ilin mart ayları) 3751 ton pambıq yağı istehsal edilib. Bundan əvvəlki mövsümdə isə bu rəqəm 3300 ton olub.

Yeni mövsümdə isə (2024-cü ilin oktyabr-2025-cü ilin mart ayları) təxminən 4000 ton yağ istehsalı proqnozlaşdırılır. Bu həcmin 2000 tonunun rafinə edilmiş (təmizlənmiş), 2000 tonunun isə rafinə edilməmiş formada istehsal edilməsi nəzərdə tutulur. Məhsulun hazırlanması üçün tam olaraq yerli xammaldan istifadə edilir.

 Qeyd edək ki, "MKT İstehsalat Kommersiya” MMC-də pambıq yağı istehsalını həyata keçirən Şirvan Yağ Emalı zavodu fəaliyyət göstərir.

Zavod istehsal və rafinasiya üçün lazım olan ən son texnologiya ilə təchiz olunmuşdur. İstehsal olunan çiyidin 12%-13%-i rafinasiya olunmuş yağ olaraq əldə edilməkdədir. Həmçinin, zavod, pambıq çiyidindən soapstock, pambıq jmıxı və linter istehsal edir.

 Xatırladaq ki, Şirvan Yağ-Piy zavodunun təməli 1954-cü ildə  qoyulmuşdur. Müəssisə fəaliyyətə “Yağ zavodu” adı altında başlamışdır.

1966-cı ildə "Yağ ekstraksiya” zavodu adı ilə fəaliyyət göstərmişdir.

1976-cı ildən sonra müəssisənin gücü tədricən artırıldı. Nəticədə, gündəlik çiyid emalı 270 tondan 700 tona çatdırıldı.

1980-ci ildə yağın hidratlaşdırılması üzrə istehsalat sahəsi yaradıldı və müəssisəyə “Yağ-Piy kombinatı” adı verildi.

1997-ci ildədə respublikada pambıq istehsalı aşağı düşdükcə Yağ zavodununda da rentabellilik pozuldu və 1997-ci ildə müəssisə açıq səhmdar cəmiyyətinə çevrildi. 2006-cı ildə zavodun bazasında yeni kiçik müəssisənin tikilməsi qərara alındı.

2008-ci ildən “Şirvan Yağ-Piy Zavodu” adı ilə müəssisə fəaliyyətə başladı. Bu dövrdə zavodun gündəlik 120 ton çiyid emal etmək imkanı vardı. 2017-ci ildə ölkədə pambıqçılığın inkişafı nəticəsində çiyid çıxımına uyğun olaraq zavodun imkanlarının genişləndirilməsinə qərar verilmişdir. Nəticə etibarilə zavodda yeni texnoloji avadanlıqlar quraşdırıldı və müəssisədə gündəlik çiyid emalı 350-400 tona çatdırıldı.

2019-cu ildən müəssisədə məhsulların standartlara uyğun olması üçün lazım olan bütün analizlər aparılır. Zavodda Amerkanın, Almaniyanın, İtalyanın və Türkiyənin avadanlıqları ilə təchiz olunmuş mərkəzi laboratoriyası fəaliyyət göstərməkdədir. Xammal da daxil olmaqla, bütün alınan məhsullar laboratoriyada analiz olunur. Burada Amerkanın BioTek şirkətinin 800 TS microplate reader, Almaniyanın Bruker şirkətinin Tango, İtaliyanın VELP Scientifica sirkətinin SRY-148, Türkiyənin Magma Therm şirkətinin Sobaları və daha bir neçə ölçmə cihazları vasitəsi ilə texniki çiyidin növü, yağlılığı və emaldan sonra alınan məhsulların yağlılığı, aflotoksini, külü, rəngi, şəffaflığı, nəmliyi, çöküntüsü və s. göstəriciləri müəyyənləşdirilir. Zavod məhsullarının böyük bir hissəsi Turkiyə, Qazaxıstan, Tacikistan və İrana ixrac olunur.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN