Əmək Məcəlləsinin tələblərinə əsasən işəgötürən tərəfindən Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar HANSILARDIR? TEZADLAR.AZ xəbər verir ki, sualı hüquqşünas Azər Quliyev cavablandırıb.
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən işəgötürən tərəfindən Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar aşağıdakılardır:
1. Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin.
2. Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin.
3 əmək qabiliyyətini müvəqqəti itirən işçilər.
4.İşçinin şəkərli diabetlə və dağınıq sklerozla xəstə olması səbəbinə görə.
5. Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə.
6. Öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin.
7.Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin AR Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
8. Qeyd olunan müddəalar «müəssisənin ləğvi» və müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əsası ilə xitam verilən hallara şamil edilmir.
9. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir", - deyə hüquqşünas bildirib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN