ABŞ-ın yeni dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Tramp Ukraynadakı münaqişəni vəd etdiyi kimi 24 saat ərzində bitirməyib, çünki bu, “ağır diplomatik iş” tələb edir.

Onun sözlərinə görə, Vaşinqton münaqişəyə yekun son qoyulmasını istəyir.

“Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə və ciddiliyə qayıtmaqdır və bu, diplomatiyanın ağır işidir. ABŞ-ın burada rolu var. Biz Ukraynanı dəstəklədik, lakin bu münaqişə bitməlidir”, - Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, o, ABC telekanalına müsahibəsində bildirib.

Dövlət katibi ABŞ-ın Rusiya-Ukrayna münaqişəsini özəl şəkildə həll edəcəyinə də aydınlıq gətirib.

Bundan əvvəl Trampın Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqa münaqişəni 100 gün ərzində dayandırmağı tapşırdığı bildirilirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN