Məlum olduğu kimi, reklam fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq reklam bazarında monitorinqlər aparılır.

Xidmətdən verilən məlumata görə, monitorinqlər zamanı kütləvi informasiya vasitələrində “Business Insight” şirkəti tərəfindən bayram səbəti üçün ən ucuz supermarketlər şəbəkəsinin müəyyən olunması məqsədilə araşdırmanın aparıldığı və nəticədə Yeni il ərəfəsində paytaxt sakinlərinin ərzaq məhsullarına artan tələbatına ən yaxşı cavab verən marketin “Araz Supermarketlər” şəbəkəsi olması barədə “Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” başlığı altında reklam xarakterli məlumatın yayımlandığı müəyyən edilib.

Bununla əlaqədar qeyd olunan məlumatın antiinhisar və reklam qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyən etmək üçün Dövlət Xidməti tərəfindən araşdırmaya başlanılıb.

Dövlət Xidməti reklam bazarında qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN