Müəssisədə istehsal olunan müxtəlif çeşidli sürtkü yağları İtaliya və Almaniya texnologiyaları əsasında istehsal olunur.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC Avropa ölkələrinə - Almaniya, İtaliya, İngiltərə, Rumıniya və Bolqarıstana - sürtgü yağları və radiator mayesinin ixracına başlayıb.

Şirkət tərəfindən bu ölkələrə ilkin mərhələdə 2 min tondan çox məhsul göndərilib və növbəti mərhələdə bunun 10 min tona çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “Alco” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə 100-dək işçi çalışır. Müəssisə fəaliyyətə başlayandan 2021-ci ilin sonunadək 36 min tondan çox məhsul istehsal edilib ki, bunun da 6 min tonu daxili bazarda satılıb, 30 min tonu isə ixrac edilib. İstehsal olunan məhsullar əsasən, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac edilir.

  “Lubrizol”, “Afton Chemical”, “Chevron”, “Eni”, “Evonik”, “İnfineum”, “BASF”, “BRB”, və “LLK Naftan” kimi tanınmış istehsalçılardan alınan xüsusi qatqıların köməyilə istehsal olunan yağlar mühərriklərin və avadanlıqların davamlılığını və korroziyaya qarşı müqavimətini artırır. Yüksək keyfiyyətli “AMINOL” yağları mühərriklərin etibarlı şəkildə işə salınmasını, sürtünən səthlərin yağ ilə qidalanmasını, aşınmaya qarşı dayanıqlılığını, optimal təzyiqin qorunmasını və uzunömürlülüyünü təmin edir. ”AMINOL” sürtkü yağlarının ən əsas fərqi isə yanacağa qənaət edilməsidir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı" MMC  2012-ci ildə dövlət qeydiyyatına alınıb.

Sumqayıt şəhərində yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisi 508,14 hektar təşkil edir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır. Hazırda sənaye parkında 24 rezident var:

Sənaye parklarının rezidentləri üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN