Təkcə paytaxtda hər gün 2 ton çörək məhsulları, hər il isə ölkə üzrə 3 milyon ton ərzaq məhsulları atılır...

Özbəkistanda pərakəndə satış şəbəkələri atılan qidaların miqdarını azaltmaq niyyətindədir.

Özbəkistanın Ədliyyə Nazirliyi və Özbəkistanın iri pərakəndə satış şəbəkələrinin nümayəndələri qida tullantılarının azaldılması məsələsini müzakirə edirlər. Bu məqsədlə qida mübadiləsi platformasının işə salınması planlaşdırılır. Daşkənddə hər gün 2 ton çörək məhsulları, hər il ölkə üzrə 3 milyon ton ərzaq məhsulları tullanır.

Özbəkistanın Ədliyyə Nazirliyində yeyinti məhsullarının satışı ilə məşğul olan 10 iri pərakəndə şəbəkənin sahibkarları ilə israfçılıqla üzləşən ərzaq problemi ilə bağlı görüş keçirilib.

Bu barədə qazeta.uz nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüşdə bildirilib ki, Özbəkistanda hər il 3 milyon ton ərzaq zibil qutusuna atılır - Daşkənddə gündəlik 2 ton, ildə isə 730 ton çörək məmulatı zibil qutularına göndərilir.

Azərbaycanda da belə bir problem yaşanmaqdadır. Az qala hər gün AQTA şirkətlərin müraciəti əsasında Sumqayıtdakı zibilxanada istifadə müddəti bitmiş tonlarla qida məhsulunu məhv edir. Lakin bu məhsulların vaxtında əhaliyə satılması yolları fikirləşilmir, yaxud təlabat yoxdursa istehsalı azaldılmır və ya idxalı. Hələ ki, Azərbaycanda bu problemi qaldıran yoxdur, həm də bu sahəyə nəzarət edən…

Qeyd edək ki, ərzaqdan səmərəsiz istifadə problemi bütün ölkələrdə mövcuddur: BMT-nin məlumatına görə, 2019-cu ildə dünyada bütün ərzaq məhsullarının 31%-i və ya 1,64 milyard ton zibil qutusuna atılıb. Eyni zamanda, israf edilən qidanın ən azı dörddə birini azaltmaqla dünyada aclıq problemi həll edilə bilər.

Və dünya əhalisinin təqribən 800 milyonu aclıq çəkir və hər dəqiqə 11 insan aclıq və pis qidalanma səbəbindən ölür...

Somali dünya ölkələri arasında əhalisinin kütləvi aclıqdan ən çox əziyyət çəkən ölkəsidir (əhalinin 59,5 faizi). Sonrakı yerləri Mərkəzi Afrika Respublikası (48,2 faiz), Haiti (46,8 faiz), Yəmən (45,4 faiz) Madaqaskar (43,2 faiz) və Şimali Koreya (42,4 faiz) tuturlar.

Aclıq çəkənlərin mütləq sayına görə isə antirekorda Hindistan başçılıq edir.

Və nəzərə alsaq ki, son illərin koronavirus pandemiyası, həmçini Ukraynada başladılan müharibə də ərzaq qıtlığına səbəb olub. Buna görə də ərzaq israfçılığına yol verilməməlidir.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN