Azərbaycan Baş Prokurorluğu və Müdafiə Nazirliyi dəfələrlədir cəmiyyətə ünvanlı müraciəti ilə xəbərdarlıq edir ki, sosial şəbəkələrdən istifadə edərkən son dərəcə ehtiyatlı olsunlar...

Xüsusən də Ordumuzun silah-sursat ehtiyatı, hərbi texnikası, bu sursatın və ya hərbi postların yerləşdiyi coğrafiyanı koordinatlaşdırıb sosial şəbəkələrdə paylaşanlara dəfələrlə xəbərdarlıqlar olunub. Amma hələki tövbə yoxdur, cəzalar isə bəs etmir. Bu məsələ xüsusilə orduda xidmət edənlərə aiddir... Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlunun da xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib. Müdafiə Nazirliyinin rəsmi saytının xəbərinə görə, adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb: "Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək".

Bəli, düşmən daim oyaqdır, hərəkətimizi izləyir. Qarşı tərəəfə tutalqa verməyək, sirrimizi yaymayaq. Başqa sözlə, atalar demiş, ev bizim, sirr bizim olmalıdır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN