booked.netbooked.net booked.net  

Ötən gecə Bakıda baş verən kütləvi davada 2 nəfər qətlə yetirilib.

Bu barədə "Təzadlar"a Nizami Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, fevralın 11-i saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində İlkin Rzayev və Xəyal Rəhimovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmanın gedişində 6 nəfər şəxsin Keşlə qəsəbəsində mübahisə etməsi və mübahisə zamanı orada olan Rauf Hüseynov və Ramin İsayev tərəfindən bıçaqla xəsarət yetirilməsi nəticəsində İlkin Rzayevin hadisə yerində, Xəyal Rəhimovun isə xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü ( silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələrilə cinayət işi başlanıb İş üzrə 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN