"Kanal 13" YouTube TV-nin rəhbəri, qanunsuz ev tikintisinə görə həbs olunan Əziz Orucovu pul qaçaqmalçılığında ittiham etmək istəyirlər. Bu barədə Turan agentliyinə onun xanımı Lamiyə Orucova bildirib.

Onun sözlərinə görə, Əzizi hələ ötən gün təcridxanadan Səbail rayon polis şöbəsinə aparıblar və bu gün orada istintaq aparılır.

Görünür, Orucovu "Kanal 13" ün xaricdən qanunsuz maliyyələşdirilməsində ittiham edəcəklər,  yəni, Qərb donorlarından qrant almaqda. Saat 14: 00-da vəkil Bəhruz Bayramov Turan-a təsdiq edib ki, Orucov Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə bir qrup şəxs tərəfindən  pul qaçaqmalçılığında ittiham olunub. Söhbət Orucovun qardaşı Anarın tanış adam vasitəsilə Avropadan ona göndərdiyi az miqdarda puldan gedir. Əziz Orucov bu ittihamları əsassız adlandıraraq rədd edib. Bu maddə üzrə Orucovu 7 ildən 12 ilə qədər azadlıqdan məhrumolunma təhlükəsi gözləyir. Əziz Orucov 2017-ci ildə qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxıb və qanunsuz sahibkarlıq ittihamını ləğv edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN