Moskvanın Simonovski Məhkəməsi bloger Hilmi Forksu (Hilmi Oleinik) internet vasitəsilə pornoqrafik materialların hazırlanması və yayılmasında təqsirli bilib və üç il müddətinə azadlıqdan məhrum edib.

Bu barədə Moskva prokurorluğunun mətbuat xidməti məlumat verib.

“Məhkəmə Simonovskaya Rayonlararası Prokurorluğunun mövqeyini nəzərə alaraq, 29 yaşlı Oleynik Hilmini Rusiya Federasiyası Cinayət Məcəlləsinin 242-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (pornoqrafik materialların qanunsuz istehsalı və dövriyyəsi) ilə təqsirli bilib. O, ümumi rejimli islah koloniyasında çəkilməsi şərti ilə 3 il müddətinə azadlıqdan məhrum edilib”, - deyə nəzarət orqanı bildirib.

Forksa qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 242-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi ilə (KİV-dən və ya internetdən istifadə etməklə pornoqrafik materialların və ya obyektlərin qanunsuz istehsalı və dövriyyəsi) cinayət işi başlanıb. Buna səbəb onun Telegram kanalındakı paylaşımı olub. İstintaq başlayanda bu kanal silinmişdi.

Bloger təqsirini boynuna alıb, istintaq və məhkəmə prosesi zamanı o, məkanı tərk etməmək barədə vəsatət alıb. O, məhkəmə zalında nəzarətə götürülüb. Onu 6 il həbs cəzası gözləyirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN