Qazaxda “Həcərli Qaya” əhəngdaşı yatağında “İncəli Kiçik Müəssisəsi” MMC-nin fəaliyyətində qeyri-incə əməllər üzə çıxıb...

Məsələyə bu dəfə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində baxılır. Elə Baş prokurorluqdan da "Təzadlar"a bildirib ki, məsələ ciddiliyi ilə araşdırılır. Belə ki, Qazax rayonu və Bakı şəhəri ərazisində qanunsuz əhəngdaşı hasilatı faktları ilə bağlı araşdırma aparılıb. Araşdırmalar zamanı Qazax rayonu ərazisində yerləşən “Həcərli Qaya” əhəngdaşı yatağında “İncəli Kiçik Müəssisəsi” MMC-nin vəzifəli şəxsləri və paytaxtın Qaradağ rayonu ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında naməlum şəxs(lər)in vəzifə səlahiyyətlərindən sui-istifadə edərək torpaq sahəsini zəbt etmələri və qanunsuz hasilat aparmaları nəticəsində təbiətə 109 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Aşkar olunan qanunpozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib.

İndi adına uyun olmayan qeyri-incə işlərlə məşğul olan şirkətin vəzifəli şəxsləri istintaqda nədən belə əməllərə könül verdiklərini deməli olacaqlar. Bütün hallarda, dövlət mülkiyyətində olan torpaq üzərində belə fəaliyyət yolverilməzdir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN