Ümumiyyətlə, bəzi şəxs və ya şəxslər Dövlət atributlarından qanunsuz şəkildə istifadə edərək cəmiyyətdə əsassız rəy formalaşdırırlar...

Hətta Dövlət gerbini hansısa diplomların, avtomobillərin və s. üzərinə yapışdırma halları da var və buna qarşı ciddi mübarizə aparılmalıdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir. Artıq bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında lII oxunuşda müzakirəyə çıxarılır.

Dəyişikliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə isə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Məcəlləyə dəyişiklik layihəsi səsverməyə qoyularaq lII oxunuşda qəbul edilib.

Bəli, bundan sonra həm də Dövlət atributlarından öz məqsədlərinə sui- istifadə edənlərə də bir dərs olar. Çünki Dövlət gerbini, yaxud Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin fotoşəklini adi bir yalançı diplomun üzərinə vurmaqla əsassız. Və qanunsuz fəaliyyətlə məşğul olanlar az deyil...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN