Qazaxıstanda qadın ehtiyatsızlıqdan sanitar qaydaları pozub və nəticədə qonşuluqda yaşayan iki azyaşlı uşaq ölüb.
Aktau Şəhər Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, müttəhim N elana etibar edərək həşəratlara qarşı dərman alıb.
O, mənzilindəki zəhərli maddədən yataq böcəklərini zəhərləmək üçün istifadə edib. Lakin o, bu barədə qonşulara xəbərdarlıq etməyib.
Zəhərli maddələrin - ammonyak və karboksihemoglabinlərin sərbəst buraxılması səbəbindən üst mərtəbədəki mənzildə yaşayan 7 nəfərdən ibarət ailə zəhərlənib. İki azyaşlı uşaq dünyasını dəyişib.
Təqsirləndirilən şəxsin təqsiri kimyəvi-toksikoloji ekspertizanın rəyi, şahid ifadələri və maddi sübutların tədqiqi protokolları ilə sübuta yetirilib.
Prokuror onun təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxs günahını etiraf edib və törətdiyi cinayətdən peşman olub.
Vəkil cəzanı yüngülləşdirən halları və cinayətin ehtiyatsızlıqdan törədildiyini nəzərə alaraq, qadına azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.
Lakin hakim qadına 5 il iş kəsib.
Xatırladaq ki, ehtiyatsızlıqdan baş vermiş faciə 2022-ci ilin oktyabrında baş verib. Belə ki, 7 nəfərin zəhərləndiyi hadisədə -2021 və 2022-ci il təvəllüdlü iki körpə təcili yardım gələnə qədər həyatlarını itiriblər.
JASMİN