Eks prezident Mixeil Saakaşvilinin Tbilisi şəhər məhkəməsindəki bu günkü prosesi qalmaqalla yadda qaldı...
"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, onu məhkəmədən birbaşa xəstəxanaya aparıblar bə bu zaman onu çoxsaylı polis qüvvələri müşaiyət edib. Mixeil Saakaşvili məhkəmənin həyətində tərəfdarları tərəfindən qarşılanıb və "Mişa, Mişa" şuarları ilə yola salınıb.
Qeyd edək ki, sabiq prezident Qori Hərbi Hospitalına aparılıb. Növbəti məhkəmə prosesinin tarixi sabah bəlli olacaq...
A.Məmmədli