O, həmçinin yeddi missionerin yatdığı məscidi yandırmaq cəhdini də etiraf edib...

ABŞ-ın federal məhkəməsi 2019-cu ildə Kaliforniyadakı sinaqoqa silahlı hücum edən Con Ernesti ömürlük həbs cəzasına məhkum edib.

Bu barədə ölkənin ədliyyə departamenti bildirib.

Cənubi Kaliforniya dairə məhkəməsi bir qadını öldürən, həmçinin  üç nəfəri yaralayan və 50 nəfərin həyatına qəsd edən 22 yaşlı amerikalıya  bir-birinin ardınca, hər iki ömürlük həbs cəzasını çəkməsi barədə qərar verib. Federal hökmdə əlavə 30 il həbs də nəzərdə tutulur.

Qeyd edək ki, Con Ernest şərti azadlığa da buraxıla bilməz. O, əvvəllər ona ölüm hökmündən qaçmağa imkan verən ittiham müqaviləsi üzrə təqsirli olduğunu etiraf etmişdi.

Xatırladaq ki, o, 2019-cu ilin aprelində Payey qəsəbəsindəki sinaqoqda, yəhudi festivalı zamanı toplaşan insanlara atəş açıb. Həmin vaxt Kaliforniya Universitetinin tələbəsi olan Ernest bir qadını öldürüb, 8 yaşlı uşaq da daxil olmaqla üç nəfəri yaralayıb.

O, hücum tüfəngindən ən azı on dəfə atəş açıb, bundan sonra silah sıxılıb. Cinayətkar hadisə yerindən qaçıb, lakin sonradan özü baş verən atışma haqda,  harada olması barədə məlumat verib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub.

Ernest, həmçinin yeddi missionerin yatdığı məscidi yandırmaq cəhdini də etiraf edib, lakin xoşbəxtlikdən onlardan heç biri xəsarət almayıb.

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN