Adi bir səhlənkarlıq 7 nəfərin yaralanması ilə nəticələndi...
Belə ki, Hacıqabul rayonunda 20 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, ölən və yaralananlar var. Xəsarət alanların sayı 7 nəfərə çatıb. Bunlar Sabirabad rayon sakinləri - 2007-ciil təvəllüdlü Ələkbərov Fəxri Cəlil oğlu, 2005-ci il təvəllüdlü Əliyev Xəyyam Əyyam oğlu,1994-cü il təvəllüdlü Məmmədova Rüfanə Mehman qızı, 2019-cu il təvəllüdlü Həsənli Əsmər Həsən qızı, 1977-ci il təvəllüdlü Ələkbərov Elmir Ələkbər oğlu, Bakı şəhər sakiləri - 1982-ciil təvəllüdlü Vəliyeva Mahirə Vaqif qızı, 1968-ci il təvəllüdlü Həsənov Fəxrəddin İsmayıl oğludur.
Qəzanın baş vermə səbəbi araşdırılır...
A.Məmmədli