Dəfələrlə deyilməsinə baxmayaraq vətəndaşı aldatmaqla irəli düşmək istəyənlər yenə də vardır və onların yolu gec-tez istintaq orqanından keçir...

Və sonra gec olur- “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin sabiq baş mühasibi İlham Hüseynov kimi. Onun  qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır. Baş Prokurorluqdan "Təzadlar"a bildirilib ki, aparılmış araşdırmalarla İlham Hüseynovun 2021-ci ilin iyul ayında əvvəllər tanımadığı Orxan Yusifovu Bərdə Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verərək ondan 3 min manat məbləğində pul vəsaitini şəxsən alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməsinə, həmçinin, bu əməli ilə Orxan Yusifovu rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Bundan başqa, onun 2021-ci ilin avqust ayında təkrarən tamah niyyətilə tanışı Hafiz Həsənova da eyni cür vədlər  verərək sonuncudan 4 min manat məbləğində pul vəsaitini alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib təkrarən dələduzluq etməsinə, həmçinin qeyrisini təkrarən rüşvət verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir. İlham Hüseynov Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam edir.

İndi İlham Hüseynov özünün qazdığı tələdən çıxmağın yollarını axtarır... Çətin ki çıxsın-hətta ziyanı ödəsə belə...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN