...Qadınlara qarşı zorakılıq nə qədər qınansa da, yenə də davam etməkdədir...
Belə ki, bu dəfə Bakıda nişanlısı tərəfindən döyülən 27 yaşlı gənc qızın hər iki qolu sınıb. Hadisə paytaxt ərazisində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü İsmayılova Cəmilə İsmayıl qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki qolun mil sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Təbii ki, istintaq və ya təhqiqat başlayanda oğlan əsəbləşdim, yaxud heç özüm də bilmədim necə baş verdi və s. kimi bəhanələrə başlayacaq, hətta üzr də istəyəcək. lakin bir könül ki, sındırıldı, onu bərpa etmək mümkünsüz olur... Bəlkə sonrakı peşmançılığı əvvəldən düşünüb qol sındırmayaq, yersiz addımlar atmayaq, boğub öldürməyək?!
A.Məmmədli