Kamran Əliyev: Ötən il Baş Prokurorluğun İstintaq idarəsində 120 şəxs barəsində 96 cinayət işinin istintaqı tamamlanıb.
Baş Prokurorluqdan TƏZADLAR.AZ-a bildirilib ki, 2021-ci ildə Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılmaqla 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb. Bunlardan 24 şəxs barəsində 17 iş - qəsdən adamöldürmə faktları ilə bağlı olub.
İstintaq idarəsində ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.