Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu qeyri-döyüş şəraitində vəfat edib.
Fevralın 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib.
DSX-nın məlumatına görə, DSX-nın rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar.
Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma aparılır.
TEZADLAR.AZ