Qazaxıstanda yanvar iğtişaşları zamanı saxlanılan altı nəfər istintaqın qanunsuz sorğu-sual üsullarından istifadə etməsindən sonra müvəqqəti saxlama təcridxanalarında dünyasını dəyişib.

Bu barədə Respublika Baş Prokurorluğunun xüsusi prokurorluq xidmətinin rəhbəri Rizabek Ojarov bildirib.

“Elə bu günlərdə icazəsiz dindirmə üsullarından istifadə faktları üzrə cinayət işlərini qəbul etdik. Əvvəlcə, onlar korrupsiyaya qarşı mübarizə xidməti tərəfindən araşdırılıb. Belə halların hamısı bizə təhvil verilməyib. Yalnız, ağır nəticələri, daha dəqiqi - həbs olunanların ölümü qeydə alınan hallardı. Əldə etdiyimiz məlumata görə, belə şəraitdə iki nəfər Alma-Atada, üç nəfər Şərqi Qazaxıstan vilayətində, bir nəfər isə Taldıkorqanda müvəqqəti saxlanma təcridxanasında həlak olub”, - deyə  Ojarov “Kazaxstanskaya Pravda” qəzetinə müsahibəsində bildirib.

Ojarov qeyd edib ki, qurum  "hələ də istintaq təcridxanasında saxlanılan Taldıkorqan sakininə qarşı ütüdən istifadə ilə bağlı səs-küylü işgəncə işini" nəzarətə götürüb. Baş Prokurorluğun nümayəndəsi qeyd edib ki, “Bu faktlarla bağlı araşdırmalar davam edir və  biz onların nəticələri barədə mütləq məlumat verəcəyik. Amma onu deyə bilərəm ki, belə cinayətlər kütləvi xarakter daşımır.”

***

Qeyd edək ki, Qazaxıstanda yanvar hadisələrindən sonra işgəncə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı 170 fakt üzrə cinayət işi başlanıb, həmçinin ölkədə baş vermiş iğtişaşlarla əlaqədar, ümumilikdə 3024 cinayət işi üzrə istintaq aparılır.

Xatırladaq ki, Qazaxıstanda etiraz aksiyaları yeni ilin elə  ilk günlərində başlayıb. Buna səbəb Manqistau bölgəsində təbii qazın qiymətinin bahalaşması olub.

Vəziyyətlə əlaqədar Prezident Qasım-Jomart Tokayev komissiya yaradılmasını əmr edib və yanvarın 4-də o, etirazçıların əsas tələbini yerinə yetirməyə və qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib. Lakin etirazlar digər şəhərlərə də yayılır. Etirazçılar yanvarın 4-ü axşam saatlarında Alma-Atada qaz və səs-küylü qumbaralardan istifadə edən təhlükəsizlik qüvvələri ilə toqquşub.

 Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Yanvarın 6-na keçən gecə Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Təşkilatının  sədri kimi bildirib ki, iştirakçı ölkələrin liderləri Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul ediblər.

Qazaxıstanın Baş Prokurorluğunun məlumatına görə, iğtişaşlar nəticəsində 4578 nəfər xəsarət alıb, 19-u təhlükəsizlik  əməkdaşları olmaqla 225 nəfər həlak olub.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN