Ermənistanın “Müqəddəs Tereza” adına İrəvan Tibb Universiteti saxta “həkim” diplomu satırmiş.
Yüzdən çox əcnəbi tələbə Ermənistanda rüşvət müqabilində saxta ali tibbi təhsil diplomu alıb.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Qeyd edilir ki, cinayətkar dəstə “Müqəddəs Tereza” adına İrəvan Tibb Universitetində fəaliyyət göstəririb. 2020-2021-ci illərdə universitet diplom müqabilində, 105 əcnəbidən şəxsən və ya dolayı yolla 3000 dollar rüşvət alıb
Ermənistan KİV-i xəbər verir ki, Hindistandan 104, Banqladeşdən isə 1 tələbənin “ali təhsilli həkim” olduğu dəqiqləşib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə verilib.
Qəribəsi budur ki, Ermənistan kimi təhsil səviyyəsi geri qalmış ölkənin diplomları, necə olur ki, Hindistanda və Banqladeşdə tanınınr. Və bu “həkimlər” həmin diplomlarla fəaliyyət göstərsəydilər, bəlkə də dünyanın müxtəlif ölkələrində neçə-neçə insanın həyatını məhv edəcəkdilər, o cümlədən öz ölkələrində. Bu barədə düşünmək belə qorxuludur...
Və düşünürəm ki, bütün dünyanın Müqəddəs Tereza sevərləri onun adına yaraşmayan əməllər törədildiyinə görə bu adın həmin universitetin daşımasını yasaqlamaq barədə tələb irəli sürməlidirlər.
Bu adı daşıyan universitetin diplom satan müəllimləri üçün insanın dəyəri - 3 min dollardır...
JASMİN