O, KOLLECƏ HÜCUMA HAZIRLAŞIRMIŞ

Rusiya mətbuatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, Kurqanda kollecə hücum hazırlayan tələbə saxlanılıb. Yəqin ki, yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir seçiləcək”, - mənbə bildirib. Mənbənin verdiyi məlumata görə, 19 yaşlı gənc Kurqan Xidmət və Texnologiya Texnikumunda xəmir aşpazı ixtisası üzrə təhsil alıb. O, martın 3-də həbs edilib. Axtarışlar zamanı FTB əməkdaşları tələbənin evindən kustar üsulla hazırlanmış səkkiz ədəd qumbara, iki ədəd bıçaq, dörd ədəd əldəqayırma qarrot və bir ədəd pnevmatik tapança aşkar ediblər. Həmçinin, təhsil müəssisəsinə hücum planları, diaqramları və əldəqayırma partlayıcı qurğuların hazırlanmasına dair təlimatlar olan iki notebook dəlil-sübut kimi götürülüb.

Saxlanılan şəxs barəsində “Qanunsuz olaraq partlayıcı maddə və ya partlayıcı qurğu saxlama” maddəsi ilə cinayət işi başlanıb. Bundan əvvəl məhkəmə Nijni Novqorodda məktəbə hücum hazırlamaqda şübhəli bilinən üç yeniyetməni həbs edib.

Sevinc MURADXANLI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN