Professor Qafar Cəbiyev bu dəfəki ad gününü daha unikal məkanda qeyd etməyi qərarladı...

Bu gün onun ad günüdür... Tanıyanlar bilir, tanımayanlar və ya məlumatı az olanlar üçün deyim ki, Qafar Cəbiyev ziyalı adına hörmət gətirən bir şəxsiyyətdir... Onun özünəməxsus intellekti və duyum üstalığı imkan verib ki, cəmiyyətimizin xoşməramlı və xoş ünsiyyətli ziyalısı kimi həmişə diqqətdə qalsın.

***

Qafar müəllimlə "Azərbaycan" qəzetində birlikdə çalışmışıq... Əslində, çalışmaqdan daha çox dost və qardaş olmuşuq. Çalışmaq bizim üçün bu dostluq və qardaşlığın körpüsü rolunda olub. Şadam ki, belə ziyalı bir Vətən oğlu ilə uzun illərdir dəyişməz və bərkiməkdə, itilənməkdə olan dostluq münasibətindəyəm.

Əziz dostumun bu gün ad günüdür! Ona uzun ömür və can sağlığı arzu edirəm.

***

QISA ARAYIŞ: Qafar Cəfər oğlu Cəbiyev 17 avqust 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində dünyaya gəlmişdir. 1969-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1974-cü illərdə İsmayıllı rayonunun Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974–1976-cı illərdə "Zəhmətkeş" rayon qəzetində məktublar şöbəsinin müdiri, 1977–1978-ci illərdə "Bilik" cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi işləmişdir. 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980–1981-ci illərdə "Zəhmətkeş" qəzetində redaktor müavini vəzifəsində çalışmışdır. 1980-cı ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuşdur. 1981–1990-cı illərdə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi, baş elmi işçi olmuşdur. 1985-ci ildə Ukrayna Arxeologiya İnstitutunun elmi şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1990–2003-cü illərdə "Azərbaycan" qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır. Həmin dövrdə eyni zamanda BDU-nun Şəki filialının dosenti kimi pedoqoji fəaliyyətlə məşğul olmuşdur. 2003-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 4 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2008-ci ildə Girdman tarixinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. Dörd monoqrafiya, 100-dən çox elmi məqalə müəllifidir. "Qızıl qələm" mükafatı laureatıdır.

*** 

Uzun ömür və can sağlığı arzusu ilə: 

Asif MƏRZİLİ

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN