"Əfqan qardaşlarımızın maraqlarını düşünürük. Əgər hava limanı bağlanarsa, bütün AB və NATO üzvləri oradakı diplomatik nümayəndəliklərini çıxarmaq məcburiyyətində qalacaqlar".
Türkiyə KİV-nin yaydığı məlumata görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
Nazir Akar Əfqanıstanda Kabul Hava Limanının istismarı üçün danışıqların davam etdiyini xatırladıb.
Müzakirələrin Türkiyənin istədiyi kimi müsbət və konstruktiv şəkildə irəlilədiyini vurğulayan Akar "Əfqan qardaşlarımızın dincliyini və təhlükəsizliyini istəyirik", - deyə bildirib.
"Hava limanı bağlanarsa, bütün AB, NATO üzvləri və digər ölkələr oradakı diplomatik nümayəndəliklərini çıxarmaq məcburiyyətində qalacaqlar. Çünki təhlükəsizlik, rabitə və nəqliyyat olmadan orada qala bilməzlər. Əks təqdirdə təcrid olunmuş bir dövlətə çevriləcək. Bu isə qəbuledilməzdir. "
Türkiyənin 20 ildir Əfqanıstanda heç bir döyüş tapşırığı yerinə yetirmədiyini vurğulayan Akar Kabil Hava Limanının səhiyyə, təhsil baxımından bölgədə əhəmiyyətli bir qapı olduğunu bildirib:
"Hava limanının istismar olunmasını istəyirik. Orada Əfqan hökuməti var, "Taliban" var. Dəyişən hərbi, siyasi və təhlükəsizlik şərtləri var. Təkbaşımıza bir şey söyləyəcəyiksə, gələcəkdə bəzi problemlərə səbəb ola bilər. Bu səbəbdən həm Əfqan qardaşlarımızla, həm də NATO, AB, ABŞ və digər ölkələrlə danışıqlar aparırıq".
Akar "Taliban" hərəkatının Əfqanıstandakı nüfuz dairəsinin son zamanlar genişlənməsinə də diqqət çəkib:
""Taliban" təsir dairəsini tədricən genişləndirir. Rəsmi hesabatlarda yoxdur, ancaq bunun bəzi izlərini görürük. Biz də hadisələri izləyirik. Özbəkistan və Tacikistanın sərhəd təhlükəsizliyi vacibdir. Oradan hər hansı bir köç olarsa, bu tərəfə gəlmə ehtimalı yüksəkdir. NATO-nun 360 dərəcə nəzəriyyəsi çərçivəsində işlərimizi davam etdiririk. Heç bir problem yoxdur. "
YASƏMƏN MƏMMƏDLİ