Bu dəfə Rusiyanı əsəbləşdirən hadisə baş verəcək...

Belə ki, Ukrayna Prezidenti Vladimir Zelenski və Moldova Prezidenti Maia Sandu 19 iyulda Gürcüstana səfər edəcəklər. Onlar Batumi Beynəlxalq Konfransında iştirak edəcəklər. Konfrans Gürcüstan, Ukrayna və Moldovanın "Assosiasiya Üçlüyü" daxilindəki razılaşmaya həsr ediləcək. Diqqəti çəkən məqam isə budur ki, Avropa Şurasının prezidenti Şarl Mişel də Batumi Beynəlxalq Konfransında iştirak edəcək. Şarl Mişelin Gürcüstan, Moldova və Ukrayna prezidentləri ilə ortaq görüşü planlaşdırılır, bundan sonra mətbuat konfransı keçiriləcək. Səfər çərçivəsində Avropa Şurasının prezidenti Gürcüstan Prezidenti Salome Zurabişvili və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə ikitərəfli danışıqlar aparacaq.

 Məsələ ondadır ki, Rusiya ilə Moldova, Ukrayna və Gürcüstanla ərazi iddialı siyasi çəkişmələri uzun illərdir davam edir. Adı çəkilən bu üç ölkənin əraziləri Rusiyanın işğalı kimi dünyanın diqqət mərkəzindədir. İyulun 19-da isə bu 3 ölkənin başçılarının məhz Gürcüstanda bir araya gəlməsi şübhəsiz ki, xüsusi məna daşıyır və Rusiyanın əsəbləri ilə oynamağa hesablanıb. 

Maraqlıdır, Rusiyanın bu məsələyə reaksiyası necə olacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN