Aforizmlər, sitatlar
Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Rolihlahla Mandela 18 iyul 1918-ci ildə Trankseydə anadan olub. Kollecdə və hüquq məktəbində təhsil alıb. Hələ gənc ikən ölkədə hökm sürən aparteidə qarşı mübarizəyə qoşulub və Afrika Milli Konqresinin üzvü olub. 1940-cı ildə isə Konqresin gənclər təşkilatına başçılıq edib. Yohannesburq şəhərində Cənubi Afrikada qaradərililərə ilk pulsuz hüquqi məsləhət şirkətini açıb. 1960-cı ildə hökumətin Afrika Milli Konqresinin fəaliyyətinə qadağa qoymasından sonra gizli fəaliyyətə keçib. 1962-ci ildə həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib. Məhbəs həyatı isə nə az-nə çox – 28 il davam edib. 1990-cı ildə azadlığa buraxılıb. 1991-ci ildə Afrika Milli Konqresinin rəhbəri, 1994-cü ildə isə 75 yaşında ölkənin ilk qaradərili prezidenti seçilib. Xidmətlərinə görə Nobel sülh mükafatı alan Nelson Mandela 2013-cü il dekabrın 5-də Yohannesburq şəhərində dünyasını dəyişib.
- Vacib olan dərinin yox, dəyərlərin rəngidir.
- Yerinə yetirilənə qədər hər şey imkansız görünür.
- Azad olmaq zəncirlərdən xilas olmaq deyil.
- Yaşamaq ,başqalarının azadlıqlarına hörmət etmək və onu yüksəltməkdir.
- Qadınlar, zülm və qəddarlığın bütün zəncirlərindən xilas olmadıqları təqdirdə azadlıq haqqında danışmırlar.
- Seçimləriniz sizin qorxularınızı deyil, ümidlərinizi əks etdirsin.
- Xoşbəxtlik və harmoniyanın əsas əlamətlərindən biri kiməsə bir şeyi sübut etməyə ehtiyacın olmamasıdır.
- Özünüzün necə dəyişdiyini anlamaq üçün heç bir şeyin dəyişmədiyi yerə qayıtmaqdan daha yaxşı bir şey yoxdur.
- İncimək və başa düşməmək, düşmənlərinizi öldürəcək ümidi ilə zəhər içmək kimi bir şeydir.
- Azadlıq qismən ola bilməz.
- Yüksək dağa qalxanda qarşında hələ qalxmalı olduğun çoxlu dağlar görünür.
- Əgər bir arzunuz varsa,siz təslim olmasanız, onu həyata keçirməyə heç kim mane ola bilməz.
- Dərinin rəngi, mənşəyi və ya dini səbəbindən heç kim başqa bir insana nifrət ilə doğulmur. İnsanlar nifrət etməyi öyrənirlər. Onları sevgiyə öyrətmək lazımdır. Çünki,sevgi ürəyə daha çox yaxındır.
- Əgər bir səxslə sizi başa düşən dildə danışırsınızsa, onun ağlına müraciət edirsiniz. Əgər siz onunla onun dilində danışırsınızsa, onun ürəyinə müraciət edirsiniz.
- Mən qəti əmin oldum ki, cəsarət qorxunun olmaması deyil, onun üzərində qələbədir. Cəsarətli insan qorxu hiss etməyən yox, onunla mübarizə aparan şəxsdir.
- Dünyamız böyük ümid və perspektivlər dünyasıdır. Amma digər tərəfdən-bu əzab, xəstəlik və aclıq dünyasıdır.
- Mən unuda bilmərəm,amma bağışlaya bilərəm.
- Heç vaxt yıxılmamaq — həyatda ən böyük xidmət deyil. Əsas odur ki, hər dəfə qalxmağı bacarasan.
- Mən bütün həyatımı Afrika əhalisi uğrunda mübarizəyə həsr etmişəm. Mən həm "ağların" hökmranlığına, həm də "qaradərililərin"hökmranlığına qarşı mübarizə aparmışam. Mən insanların harmoniyada yaşadığı və bərabər hüquqlara malik demokratik və azad cəmiyyət idealına hörmət etmişəm. Bu, mənim yaşamağa hazır olduğum və can atdığım idealdır. Lazım gəlsə, bu ideal uğrunda ölməyə belə hazıram.
Tərcümə etdi: Şakir QURBANOV