booked.netbooked.net booked.net  

Nəhayət, Bakı Hərbi Məhkəməsi uzun çəkən qalmaqallı və sensasion məhkəmə istintaqına nöytə qoydu…

Hökm «Təzadlar»a təqdim olunub və Azərbaycanın ən yüksək və etibar olunan bir dövlət qurumunda vaxtilə baş verən inanılmaz cinayətlərə dair məhkəmə hökmü ardıcıllıqla təqdim ediləcək…

Beləliklə, Bakı Hərbi Məhkəməsinin hakimi Allahverdiyev Elbəy Hidayət oğlunun sədrliyi ilə, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Ramazanov Camal Cumar oğlundan ibarət tərkibdə, Məmmədova Aygün Fərhad qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, I dərəcəli hüquqşünas Mehrəliyev Vüsal Bəhram oğlunun, müdafiəçilər - Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Cavadov Arzu Güləhməd oğlu, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Yusifov Ceyhun Salman oğlu, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hacılı Ramiz İmran oğlu, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Adıgözəlov Əli Adıgözəl oğlu, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Quliyev Ələkbər Hüsü oğlu, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ülvi Ziyadxan oğlu və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Ələsgərov İlkin Şakir oğlunun iştirakı ilə hökm etdi:

HÖKMƏ ƏSASƏN:

-Zərərçəkmiş şəxslər: Kazımov Nizami Firudin oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Qurbanov Mehrac Qurban oğlu, Rzayev Namil Heydər oğlu, Mədətov Elşən İsmayıl oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Zeynlaov İbrahim Məhəmməd oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Bağırov Qulam Davud oğlu, İsmayılov Afət Davud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, Həsənov Rauf Qasım oğlu, Salahov Müsənnif Hilal oğlu, Kərimov Rauf Faiq oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Əliyev Kəramət Etibar oğlu, Əliyev Etibar Mahmud oğlu, Qurbanov Akif Teymur oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Cəfərov Etibar Vahid oğlu, Nəcəfov Seyran Burhan oğlu, Əliyev Elvar Layiq oğlu, Abdullayev Orxan Elman oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu, Rəşidov Azad Niyazi oğlu, Ağamalıyev Ağasalam Mevlüd oğlu, zərər çəkmiş şəxslərin hüquqi varisləri Musayev Rəhman Sahib oğlu, Teymurlu Rəfael Şahmar oğlu, Məmmədov Arif İbrahim oğlu, Hüseynov Fariz Məhəmməd oğlu, zərər çəkmiş şəxslərin nümayəndələri Kərimov Elnur Vəzir oğlu, Məmmədzadə Ramil Tarix oğlu, Kazımov Osman Əlişirin oğlu, Yaqubov Muraz Sədrəddin oğlu, Kazımova Solmaz Baxış oğlu, Bayramzadə Xanlar Əsgər oğlu, Sadıqov Elçin Əli oğlu, İsmayılov Sərdar Əbülfət oğlu və Tağıyev Beyrək Qurban oğlu, təqsirləndirilən şəxslər: Şixəliyev Mövlam Məmmədismayıl oğlu, Məmmədov Yasin Seyfulla oğlu, Ələkbərov Sahib Yunus oğlu və Ələkbərov Vüsal Hicran oğlunun iştirakları ilə 07 oktyabr 1958-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanda qeydiyyatda olan və yaşayan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində, general-mayor hərbi rütbəsində xidmət etmiş, 05 aprel 2021-ci il tarixdə Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Şixəliyev Mövlam Məmmədismayıl oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri, 24 may 1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Didivar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, ev 15/17, mənzil 34 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin rəis müavini vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Məmmədov Yasin Seyfulla oğlunun CM-nin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri, 18 avqust 1960-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış,

hebs-turme

Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi, ev 96, mənzil 14 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, barəsində «başqa yerə yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Ələkbərov Sahib Yunus oğlunun CM-nin 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri və 04 iyul 1967-ci il tarixdə Ermənistan SSR-nin Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Apellyasiya Məhkəməsinin 28.02.2018-ci il tarixli 1-1(103)-02/18 saylı qərarına əsasən CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər-hakimiyyət nümayəndəsinin funksiyalarını həyata keçirməklə və maddi-məsuliyyət səlahiyyətləri ilə bağlı vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Duda zavodu küçəsi, dalan 2, ev 9 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsi, fərdi yaşayış evində faktiki yaşayan, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində xidmətdə olmuş, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Ələkbərov Vüsal Hicran oğlunun CM-nin 182.3.1, 182.3.2, 311.3.1, 311.3.3, 311.3.4, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi…

(Davamı var)

mehkeme-1

Xatırladırıq ki, məhkəmə hökmü ilə aşağıda göstərilən əmlaklar hərrac yolu ilə zərərçəkmişlərə vurulmuş ziyanın ödənilməsinə sərf ediləcək. Bunlar aşağıdakılardır:

- Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qərarı ilə Şıxəliyev Elgün Mövlam oğluna məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96 saylı binanın 37 saylı mənzilinin;

 - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli qərarı ilə Şıxəliyeva Aybəniz Qinyaz qızı və Müslümova Zinhar Şirqasım qızına məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39a ünvanında yerləşən daşınmaz əmlakın;

- Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli qərarı ilə Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 7 saylı binanın 40 saylı mənzilinin;

- İsmayıllı Rayon Məhkəməsinin 01 iyun 2016-cı il tarixli qərarı ilə Şıxəliyev Elgün Mövlam oğluna məxsus İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlakın;

- Bakı Hərbi Məhkəməsinin 03.08.2021-ci il tarixli qərarı ilə Məmmədov Yasin Seyfulla oğluna məxsus Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı binanın 34 saylı mənzilinin;

- Bakı Hərbi Məhkəməsinin 03.08.2021-ci il tarixli qərarı ilə Məmmədov İlqar Seyfulla oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 2-a saylı binanın 52 saylı mənzilinin;

- Bakı Hərbi Məhkəməsinin 03.08.2021-ci il tarixli qərarı ilə Məmmədov Fərid Arif oğluna məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5490 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv olunsun. Aşağıda göstərilən əmlaklar:

- 14.11.2007-ci il tarixli çıxarışla Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 482.000 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ikidəbir hissəsi,

- 02.05.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 400.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlakın ikidəbir  hissəsi,

- 25.04.2006-cı il tarixli çıxarışla Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 214.000 manat dəyərində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlakın ikidəbir  hissəsi,

 - 16.09.2008-ci il tarixli çıxarışla Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 26.240 manat dəyərində Ağdaş şəhəri, 20 yanvar küçəsi, ev 7 A ünvanında yerləşən 74.97 kv.m sahəsi olan daşınmaz əmlakın ikidəbir hissəsi,

- 21.07.2005-ci il tarixli çıxarışla Şıxəliyev Mövlam Məmmədismayıl oğluna məxsus 31.500 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak,

- 04.10.2007-ci il tarixli çıxarışla Şıxəliyev Mövlam Məmmədismayıl oğluna məxsus 39.528 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 690a ünvanında yerləşən daşınmaz əmlak,

- 29.12.2012-ci il tarixli çıxarışla Şıxəliyev Elgün Mövlam oğluna məxsus 704.985 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak,

- 30.10.2013-cü il tarixli çıxarışla Əliyeva Samirə Mövlam qızına məxsus 650.719 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlak,

-17.02.2009-cu il tarixli çıxarışla Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 535.653 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak,

 - 17.02.2009-cu il tarixli çıxarışla Şıxəliyev Mövlam Məmmədismayıl oğluna məxsus 770.609 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak,

 - 04.12.2009-cu il tarixli çıxarışla Şıxəliyev Mövlam Məmmədismayıl oğluna məxsus 35.000 manat dəyərində Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan daşınmaz əmlak (zirzəmi),

- 18.07.2012-ci il tarixli çıxarışla Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 1.452.000 manat dəyərində Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134a ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlak,

 - 08.10.2014-cü il tarixli çıxarışla Əliyeva Samirə Mövlam qızına məxsus 257.172 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686q ünvanında ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak,

- 16.10.2012-ci il tarixli çıxarışla Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 37.600 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686k ünvanında yerləşən daşınmaz əmlak,

 - 24.07.2014-cü il tarixli çıxarışla Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 1.305.240 manat dəyərində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 685V ünvanında yerləşən 1087.7 kv.m sahəsi olan daşınmaz əmlak,

 - 02.06.2012-ci il tarixli çıxarışla Şıxəliyeva Aybəniz Qinyaz qızına məxsus 17.000 manat dəyərində Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m sahəsi olan daşınmaz əmlak müsadirə edilsin. Müsadirə edilmiş əmlak hesabına ilk növbədə cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyan ödənilsin, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınsın…

(Ardı var)

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN