"Turan" agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır.

Tezadlar.az xatırladır ki, bu barədə agentlik məlumat yayıb. Sitat: "...Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib. Məhkəmə iddiası isə 28 dekabr 2023-cü il tarixində Qafqazinfo.az saytında dərc edilmiş "Hafiz Babalının işi üzrə yeni detallar" adlı yazı ilə əlaqədar qaldırılıb. Yazıda araşdırmaçı jurnalist kimi Babalının şərəfinə, ləyaqətinə və işgüzar reputasiyasına xələl gətirən böhtan və təhqiredici məlumatlar var. Əsasən məqalədə bildirilib ki, "Babalı qrant layihələrilə əlaqədar xarici təşkilatlar və fondlar ilə əlaqə quraraq, onların tapşırığı ilə araşdırmalar aparıb və məqalələr hazırlayıb". Babalı bu fikirləri rədd edib, çünki araşdırmalar onun jurnalist fəaliyyətinin bir hissəsi olub. Bundan əlavə, heç kim və  heç zaman  araşdırmalar və dərc olunan məqalələrlə bağlı irad irəli sürməyib, bu materiallardakı məlumatlar isə heç bir inzibati orqan tərəfindən təkzib edilməyib və məhkəmədə mübahisələndirilməyib. Babalı "Hafiz Babalının iştirak etdiyi layihələrə Avropadakı azərbaycanlı siyasi mühacirlərin cəlb edilməsi" barədə fikirləri də böhtan adlandırıb. Babalı məhkəmədən xahiş edib ki, nəşrin böhtan xarakterli iddiaları təkzib etməsi, ondan üzr istəməsi, 9900 manat məbləğində kompensasiya  ödəməsi və redaksiyanın 119 manat məbləğində məhkəmə xərclərini ödəməsi barədə qərar qəbul etsin. Babalı iddianı hələ ötən ilin yazında qaldırıb. İclaslar dəfələrlə təxirə salınıb. Oktyabrın əvvəlində məhkəmə mətni məhkəmə-linqvistik ekspertizaya göndərməyə qərar verib...".

Hafiz Babalının vəkili Rəsul Cəfərov Turan-a izah edib ki, mülki prosessual qanunvericiliyə əsasən ekspertiza aparılmalıdır və onun nəticələri bir ay ərzində məhkəməyə təqdim edilməlidir. Və ya göstərilən müddətdə ekspertizadan imtina edilməlidir. Babalı ilə bağlı  vəziyyətdə bunların heç biri yoxdur. Müstəsna hallarda ekspertiza ekspertlərin işləməsi üçün daha çox vaxt verilməsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldıra bilər. Ancaq indiki halda  bu da yoxdur. "...Odur ki, ötən həftə Cəfərov məhkəməyə müraciət edib ki, ya ekspertiza rəyinin alınmasını təmin etsin, ya da məhkəmə icraatını yeniləsin və işə ekspertiza olmadan baxılması davam etdirilsin, amma buna da reaksiya yoxdur. Babalı məhkəmənin fəaliyyətsizliyindən Məhkəmə-Hüquq Şurasına şikayət etmək niyyətindədir.

Hafiz Babalı 2023-cü ilin dekabrında "xarici valyuta qaçaqmalçılığında" və digər iqtisadi cinayətlərdə ittiham olunaraq həbs edilib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN