PESKOV: “Top Kiyevin tərəfindədir, Moskva reaksiya gözləyir"

  Rusiyanın Ukraynada “xüsusi hərbi əməliyyat” adı altında başladığı müharibə artıq 56 gündür ki, davam edir.

 Bəzi məlumatlara görə, Rusiya Ukraynadakı “hərbi əməliyyatları” iki həftəyə yekunlaşdıracağını düşünürmüş, lakin ukraynalıların dirənişi bu məsələni uzadıb…

 “Rusiya təbliğatının Ukraynadakı müharibənin “bir neçə mərhələsi” ilə bağlı tezisi yalandır. Əslində, düşmən bir mərhələnin uğurla həyata keçirilməsinə ümid edirdi.”

 Bunu RBC-Ukraynaya müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin spikeri, polkovnik Aleksandr Motuzyanik  bildirib.

 Onun sözlərinə görə,  əslində mərhələ “bir” olub - Rusiya ildırım kimi hücum etməyi, Ukraynanın iri şəhərlərini ələ keçirməyi və Ukraynaya nəzarətə sahib olmağı planlaşdırmışdı.

“Yəni Ukrayna dövlətçiliyinin belə məhv edilməsi. Bu, əslində təcavüzkarın əsas məqsədi idi”, - deyə Motuzyanik bildirib.

   Polkovnik bildirib ki, hərbi əməliyyatların planlaşdırılmasında çoxsaylı itkilər, yanlış hesablamalar və sonda ukraynalıların şiddətli müqaviməti Rusiya rəhbərliyini əhəmiyyətli düzəlişlər etməyə məcbur etdi.

“Ona görə də indi onlar guya yalnız Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarətin yaradılmasını özündə ehtiva edən “B planı”nın mövcudluğundan danışırlar. Məhz onlar indi bunu etməyə çalışırlar”, - Motuzyanik bildirib.

Bu arada, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Kiyevə sülh haqqında sənəd layihəsini “aydın ifadələrlə” təhvil verib.

 Bu barədə “RİA Novosti” məlumat yayıb.

"Danışıqlar prosesi çərçivəsində Ukrayna tərəfinə aydın mətnlə sənəd layihəsi təhvil verilib. Top Kiyevin tərəfindədir, Moskva reaksiya gözləyir", - deyə Peskov bildirib.

 Onun sözlərinə görə, Ukrayna tərəfi cavab verməyə tələsmir.

Xatırladaq ki, bundan əvvəl Prezident Aparatı rəhbərinin müşaviri, Ukrayna danışıqlar qrupunun üzvü Mixail Podolyak Rusiya ilə danışıqların faktiki olaraq dondurulduğunu etiraf edib. O, birbaşa danışıqların növbəti raundunun nə vaxt keçiriləcəyini proqnozlaşdıra bilmədiyini bildirib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN