Meksikada 4 ay ərzində 11 jurnalisti silahla susdurdular…

Meksikanın Verakruz ştatında iki jurnalistin öldürüldüyü bildirilib.

Bu barәdә Verakruz ştatının Baş Prokurorluğunun rәsmi ‘‘Twitter’’ sәhifәsindә edilәn paylaşımda bildirilib. Mәlumata әsasәn, Meksikada bu il qәtlә yetirilәn jurnalistlәrin sayı 11 nәfәrә çatıb.

‘‘Sәrhәdsiz reportyorlar’’ (RSF) beynәlxalq hüquq müdafiә tәşkilatının mәlumatına görә, Meksikada 2000-ci ildәn etibarәn öldürülәn jurnalistlәrin sayı 150 nәfәri keçib.

Digәr tәrәfdәn Meksikalı jurnalistlәr keçәn hәftә öldürülәn jurnalist Luis Enrike Ramirez ilә bağlı Daxili İşlәr Nazirliyi binasının qarşısında etiraz aksiyası keçiriblәr.

Qeyd edək ki, yanvar ayında Aşağı Kaliforniya ştatının keçmiş qubernatoruna qarşı məhkəmədə qalib gəldiyini elan edən meksikalı jurnalist Lurdes Maldonado Tixuanadakı evinin yaxınlığında güllələnib. 2019-cu ildə ölkə prezidenti Andres Manuel Lopez Obradorun mətbuat konfransında jurnalist  Valdesə qarşı məhkəmə işindən danışıb və həyatı üçün qorxduğunu bildirib. O, 2021-ci ildən etibarən federal hökumətin himayəsində olub.

Xatırladaq ki, təkcə ötən il xeyli sayda jurnalistə həqiqəti üzə çıxarmaq baha başa gəlib. UNESKO-nun hesablamalarına görə, ötən il qadın jurnalistlərin, təxminən dörddə üçü onlayn təzyiqlərlə üzləşiblər. 2021-ci ildə öldürülən qadın jurnalistlərin üçdə ikisi müharibə olmayan ölkələrdə qətlə yetiriliblər.

Həmçinin ötən il jurnalist qətliamları ən çox Asiya-Sakit okean regionunda (23 jurnalist) və Latın Amerikası, Karib hövzəsində (14 jurnalist) baş verib. Beləliklə, 2021-ci ildə dünyada 55 jurnalist və media işçisi öldürülüb.

BMT-nin məlumatına görə,  2006-cı ildən dünyada hər 10 jurnalist qətlindən 9-nun üstü hələ də açılmayıb...

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN