Dünya siyasətçiləri Rusiyanın Ukraynaya müstəqillik günündə ağır raket hücumu edəcəyi barədə xəbərdarlıq ediblər...

Bəs bu nə dərəcədə real görünür? Hansı ki, Zelenski bu həftə ərzində  ölkə üzrə fövqəladə vəziyyət elan edib... Tezadlar.az CNN-ə istinadla bildirir ki, “Ukraynalılara ölkənin Müstəqillik Günündə təhlükəsizlik qaydalarına riayət etmək və hava hücumu siqnallarına etinasız yanaşmamaq tövsiyə olunur, çünki Rusiya işğalçıları sərt hücumlara əl ata bilər”, -deyən Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib. Sitat: "Sabah (oxu: 24 avqust.RED.) hamımız üçün vacib gündür. Və buna görə də bu gün təəssüf ki, düşmənimiz üçün də vacibdir. Biz bilməliyik ki, sabah Rusiyanın iyrənc təxribatları və qəddar zərbələri mümkündür".

 Ukrayna ordusu, kəşfiyyatı və xüsusi xidmət orqanları mülki əhalinin müdafiəsi üçün artıq hər şeyi edəcək: “Ukrayna Rusiya terrorunun istənilən təzahürünə mütləq cavab verəcək. Mən xahiş edirəm komendant saatı qaydalarına riayət edin. Hava hücumu ilə bağlı xəbərdarlıqlara diqqət yetirin. Rəsmi mesajlara diqqət yetirin. Və unutmayın: qələbəyə hamımız birlikdə çatmalıyıq". Zelenski belə deyib.

Ötən gecə isə Rusiya ordusu intensiv olaraq Ukrayna ərazisinə raket zərbələri endirib. Krım bölgəsində də ağır durum əvvəlki kimi qalır...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN