“İran rejiminin ən böyük qurbanı onun xalqıdır”.

Bunu “Report”a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib. “İran Yaxın Şərqdə, Cənubi Qafqazda və ondan kənarda qeyri-sabitlik və müharibələrin bəlkə də əsas mənbəyidir. İran qlobal problemdir və ona görə də bütün dünya İranı dayandırmalıdır. İran rejiminin ən böyük qurbanının elə İran xalqı olduğunu görürük”, - səfir vurğulayıb. O bildirib ki, İran rejimindən, onun qadınlarla bağlı, azadlığa, ifadə azadlığına qarşı siyasətindən hər kəs əziyyət çəkir.

C.Dikin sözlərinə görə, İran əhali sayına görə dünyada ən çox edamın həyata keçirildiyi ölkədir: “Evin” həbsxanasında hər gün insanlara işgəncə verirlər. Sırf öz fikrini bildirdiklərinə, azadlığı dəstəklədiklərinə görə adamları asırlar. Bu insanlar yalnız azad olmağı, hər bir azərbaycanlının, hər bir israillinin yaşadığı normal həyatı yaşamağı istəyir”.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN