Ermənilərin Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 27 gündür davam edir.
Belə ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplaşınış yerində gecə boyu da heç bir insident baş verməyib. Və etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Ermənilərin hay-küylü yalanlarına baxmayaraq Xankəndi və əks istiqamətlərə mülki avtomobillərin hərəkəti davam edir. Onları narahat edən isə əvvəllər Xankəndiyə silah-sursat daşınmasının qarşısının alınmasıdır. Azərbaycanın isə suveren ərazisində belə qanunsuzluqların qarşısını hər vasitə ilə almaq haqqı və hüququ vardır...
A.Məmmədli