İranda etiraz dalğası yeni vüsət almağa başlayıb...

Molla rejimi siyasi, sosial-iqtisadi sahədə böhranla göz-gözədir. Tezadlar.az CNN-ə istinadla bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Qurum bildirir ki, bunun əsas səbəbi rejimin səriştəsizliyidir. Sitat: “...Fevralın 28-də İranın 14 əyalətində 20 etiraz aksiyası keçirilib. Onlardan 18-i İranın pisləşən iqtisadi durumu ilə bağlıdır. Bu etirazlar göstərir ki, İranda aksiya iştirakçılarının fəallığı güclənir... 2022-ci ilin sonundan indiyədək İranın ən azı 10 şəhərində yüzlərlə məktəbli qız zəhərlənmə əlamətləri ilə üzləşib. Onlarda öskürək, bədənin müxtəlif hissələrinin uyuşması, titrəmə müşahidə olunub. Bəziləri xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının komandanı briqada generalı Əhməd Rza Radan dünən deyib ki, sözügedən hadisələr araşdırılır. Onun bildirdiyinə görə, cinayətkarlar hələ tapılmayıb. Bəzi sosial media istifadəçilərinin fikrincə, bu, iranlı qadınları təhsildən məhrum etmək üçün atılan addımdır”.

Beləliklə, proqnozlaşdırıldığı kimi, İranda vəziyyət getdikcə idarəolunmaz mərhələyə qədəm qoymaqdadır. Təbii ki, bunun səbəbi də, yuxarıda qeyd edildiyi kimi, molla rejiminin süquta doğru yetişməsi, idarəçiliyi itirməsidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN