Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təkrarlayıb və bu kontekstdə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət edilməsini tələb edib.

TEZADLAR.AZ xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Azərbaycan ərazisində erməni qüvvələrinin keçirdiyi qondarma "seçkilər"lə bağlı sualı cavablandırarkən deyib.

BMT-nin baş katibi Antonio Quterreşin Ermənistan və Azərbaycanı münasibətlərin normallaşması üçün səylərini artırmağa çağırdığını deyən Stefan Dujarrik bunun regional sülh və təhlükəsizlik üçün də faydalı olacağını bildirib.

Qondarma seçki məsələsinə də toxunan Stefan Dujarrik deyib:"Biz BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələri xatırlatmaq istəyirik. Hər kəsi onlara tam hörmət etməyə çağırırıq".

Xatırladaq ki, Azərbaycanın Qarabağ bölgəsindəki qeyri-qanuni erməni qüvvələri sentyabrın 9-da qondarma “prezident seçkiləri” keçirib.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN