İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib ki, ABŞ prezident seçkiləri Ağ Evə “keçmişin səhvlərini düzəltmək” şansı verir.
Bu barədə Tezadlar.az IRNA agentliyinə istinadən xəbər verir.
Baqayinin sözlərinə görə, seçkilərdən sonra ABŞ-ın qeyri-konstruktiv olduğu ortaya çıxan İranla münasibətlərə yanaşmasına yenidən baxmaq və digər səhvləri düzəltmək şansı var. Eyni zamanda, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi onu da əlavə edib ki, Tehran artıq müxtəlif ABŞ prezidentləri ilə işləmək üzrə “kədərli təcrübəyə” malikdir.
“ABŞ seçkiləri İran üçün keçmişin yanlış yanaşmalarını yenidən düşünmək və təhlil etmək imkanı verir, Amerika hökumətinin fəaliyyəti mühüm qiymətləndirmə meyarı olaraq qalır. Bizim ABŞ-ın müxtəlif administrasiyaları ilə qarşılıqlı əlaqədə kədərli təcrübəmiz var”, - deyə Baqayi bildirib.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib və Ağ Evin keçmiş rəhbəri Donald Tramp öz qələbəsini elan edib.
E.ŞİRİNOV