Bu gün Gürcüstanda ölkə parlamentinin yeni sədri müəyyənləşib.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, parlamentin sədri vəzifəsinə namizədliyi irəli sürülmüş Şalva Papuaşvili 88 səslə yeni sədr seçilib. Parlament üzvlərindən biri onun seçilməsinin əleyhinə səs verib. Səsvermədən əvvəl Şalva Papuaşvili tribunadan parlament üzvləri qarşısında çıxış edib və deputatların suallarını cavablandırıb. Daha sonra parlament üzvləri çıxış ediblər. Qeyd edək ki, Şalva Papuaşvili onuncu çağırış parlamentin üçüncü sədri seçilib. Xatırladaq ki, 46 yaşlı siyasətçi 2020-ci ilin oktyabrında parlament seçkilərində hakim "Gürcü Arzusu" Partiyasının siyahısı üzrə deputat seçilib. Bu ilin mart ayından isə parlamentdə Təhsil və elm komitəsinə rəhbərlik edib.

Ekspertlər hesab edir ki, yeni spiker etimadı doğruldacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN