“2022-ci illə bağlı gözləntilərim ondan ibarətdir ki, 2020-ci ildə qazandığımız tarixi zəfər və 2021-ci ildə cənab Prezidentin rəhbərliyi altında əldə etdiyimiz qələbənin möhkəmləndirilməsi, Qarabağda başlamış intensiv və sistemli quruculuq, bərpa işlərinin ilinin davamı olaraq 2022-ci ildə də bu işlərin çox sürətli həyata keçirələcəyinin şahidi olacağıq”.

Bunu deyən millət vəkili Tural Gəncəliyev xatırladıb ki, Qarabağın dirçəldilməsi istiqamətində artıq böyük addımlar atılıb.

Qısa zaman kəsiyində Zəfər Yolunun çəkildiyini də qeyd edən Tural Gəncəliyev Füzulidə istifadəyə verilən beynəlxalq hava limanına da toxunub.

Zəngilan və Laçında da aeroportlar tikilməkdədir: “Bu hava limanlarının da tikintisi sürətli şəkildə davam edəcək. Bundan başqa, Qarabağımızın dirçəldilməsi, iqtisadiyyatının həyata qaytarılması yönündə işlərin davam edəcəyini gözləyirik.

Xankəndi millət vəkili olaraq qarabağlıların, Xankəndi sakinlərinin də tezliklə öz torpaqlarına geri dönməsi istiqamətində işlərin aparılacağına da ümidvaram.

Dədə-baba torpaqlarımızı bərpa edəcəyik. Çünki həyatımızın qalan hissəsini orada keçirəcəyik. Bu baxımdan, 2022-ci ilin Azərbaycan üçün çox uğurlu, müvəffəqiyyətli il olacağına əminəm”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN