...Polad Həşimovun anası danışıb. Şəhid generalımızın anası danışıb. Uzun susqunluqdan sonra danışıb... Oğlunun barəsində baş verənlərin açılmasını istəyir ana. Adlar çəkir, sensasiya sayıla biləcək məlumat paylaşıb. Sərkərdəmiz istefa ərizəsi yazmışımış. Nədən yazıb, hansı hadisələrin, məlumatların şahidi olub ki, səngər generalı istefa ərizəsi yazıb? Bəli,məhz səngər generalıdı Polad Həşimov. Hərbi rütbələri isti kabinetlərdə yox, məhz səngərlərdə qazanıb, övladı qədər sevdiyi əsgərləri ilə çiyin-çiyinə.
Anamızın müraciətində adları çəkilənlər qalıb bir kənarda, mirzələr düşüb ortaya. SSRİ KQB-sinin illər uzunu istifadə etdiyi metoddan istifadə edilir. Güya generalımızın anasının müraciətindən siyasi məqsədlər üçün istifadə edilir. Yalan. Ag yalan.
Sərkərdə anasının, general anasının qapısını açan, saygı göstərən olmayıb, umub ana, inciyib ana. Uzun müddət susub ana.
Eşitdiyi, bildiyi məlumatları səsləndirib ana. Dinləmək, araşdırmaq gərək. Polad Həşimovun həlak olduğu hadisə araşdırılıbmı, hüquqi qiymət verilibmi? Generalın ölümündə təqsiri olan şəxslər müəyyənləşdirilibmi? İstintaqın gəldiyi nəticə nə?
Sərkərdəmizin şəhid olduğu hadisədə xəyanət olubmu?
Qarabag döyüşlərində xəyanət yox idisə nə üçün Ali Baş Komandan İlham Əliyev 44 günlük savaşda canlı ekrana çıxıb planlara özünün nəzarət etdiyini, şəxsən imzaladığını bəyan edirdi? Ali Baş komandanı belə açıqlamaya nə vadar etmişdi?
"Tərtər işi"ni də generalımızın anası bəyan etməyib axı. Yeni istintaq qrupu yaradılıb. 11 hərbii döyülərək qətlə yetirilib. Ömrünü səngərlərdə keçirənlər hamısı "satqln" imiş. Bəs kəşfiyyat, əks- kəşfiyyat harda milçək qovurmuş ki, bu qədər əhatəli bir şəbəkəni ifşa edə bilmirmiş?
Praktikamda bir iş olmuşdu. Əsgər özünü öldürmüşdü. Başqa bir əsgərə ittiham verilmişdi ki, güya ölən əsgərə işgəncə verdiyi üçün özünü öldürüb. İş materiaları ilə tanış olarkən məlum oldu ki, hərbi prokurorluğun telefon açıqkaması ilə baglı verdiyi sorğuya cavabın qoşması işdə yoxdur. Hərbi prokurorluq və baş prokurorluqla uzun didişmədən sonra həmin qoşmanı əldə etdim. Məlum oldu ki, əsgər özünü sevdiyi qız başqası ilə nişanlandığı üçün öldürüb və nişandan qabaq qıza nişanlanarsa özünü vuracagı ilə baglı xəbərdarlıq da edib.
Bilirsinizni nə baş verdi? Hərbi prokurorluq həmin əsgərə başqa ittihamda irəli sürdü. Güya o başqa hərbiçini də döyüb. İşlə tanış olarkən məlum oldu ki, döyüldüyü iddia edilən hərbiçi iyul ayında hərbi xidmətə başlayıb döyüldüyü vaxt isə iki ay geriyə may ayına təsadüf edib. Susdum, iş məhkəməyə getdi. ifadələr eynilə alındı.Prokuror durub cəza istədi. Söz mənə verildi. Hərbi tribunalın hakimindən xahiş etdim ku, 76-cı səhifədə olan sənədi elan etsin. Hakim oxudu, heç nə başa düşmədi. Dedi oxudum, indi çıxış et. Dedim elə çıxışım odur. Hakim dedi ki, nə demək istəyirsən? Dedim heç nə, son söz verin. Hakim şübhələndi, həmin sənədi bir də oxudu. Və birdən sanki ayıldı. 76-cı səhifədə hərbi xidmətə başlama barədə əmr idi. Döyülən əsgər hərbi hissəyə iyul ayında gəlmiş, ittiham isə may ayına verilmişdi. Fasilə verildi. Zərərçəkmiş qacdı. Prokuror məcbur olub ittihamdan imtina etdi. Həmin əsgəri əsgərin özünü vurması faktı ilə məhkum etdilər. Hərbi məhkəmə hökm çıxarsa da apellyasiyaya qədər həbsə almadı. Hakim dedi ki, məni məcbur etdi hərbi prokurorluq. Bu saxta işdir.
Hərbi hissənin rəhbərliyin sogan qabığı kimi soymuşdular. Əsgər bəraət alsa o soğan qabığı geri qaytarllmalı idi.
***
Bu misalı təsadüfən çəkmədim. Vəziyyətin nə yerdə olduğun hamı bilməlidir. Xüsusilədə Ali baş komandan.
Generalımızın anasına dil uzatmayın. Onun müsahibəsinə diqqətlə qulaq asın. Zülmlə böyüdüb vətənə qurban verdiyi oğlunun haqqını-həqiqətləri tələb edir ana.
Mən yana-yana qulaq asdım. Vicdanınız olsun. Sərkərdəmizin barəsində araşdırma-istintaq mütləq aparlmalıdır. Gec- tez onsuz da açılacaq.
Yanınlzdayam ANA.
Osman Kazımov,
vəkil
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN