...Artıq dünyaya da bəllidir ki, Azərbaycanın 44 günlük Zəfər müharibəsi bölgədə yeni reallıqlar, Ermənistana isə yeni etiraflar gətirməkdədir...
Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Milli Şuranın dünənki iclasında çıxış edərkən MDB-nin yaradılması haqqında sazişdə nəzərdə tutulan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasına dair sazişlərin həyata keçirilməsinin zəruriliyini bəyan edib. Bu barədə aysor.am xəbər verir.
“Sovet dövründə Ermənistanla Azərbaycan arasında sərhəd var idi, bu sərhəd delimitasiyası aparılıb və 1991-ci ildə Ermənistan və Azərbaycan parlamentləri tərəfindən ratifikasiya olunmuş MDB-nin yaradılması haqqında sazişə əsasən bu sərhədlər tanınıb. Hesab edirik ki, bu razılaşmalar həmin məntiqlə həyata keçirilməlidir”.
Necə deyərlər, gec oldu, amma güc oldu, həm də birdəfəlik olmaqdadır...
A.Məəmədli