Sabiq prezident Mixeil Saakaşvili yenidən aclıq aksiyası elan edib.

Belə ki, Sakaaşvili bu barədə Tbilisi Şəhər Məhkəməsində keçirilən iclas zamanı çıxışında bildirib. Onun sözlərinə görə, bu aclıq aksiyası əbədi olacaq: "Bu gündən əbədi aclıq elan edirəm. Bu aclıq aksiyası hakim rejimin mənə və xalqımıza münasibətinə bir reaksiyadır",- deyə o bildirib. Saakaşvili qeyd edib ki, hollandiyalı həkimdən məktub alıb və məktubda yenidən aclıq aksiyası elan etməsinin ölümcül nəticə verə biləcəyi qeyd olunub: “Hollandiyalı həkimimdən yenidən aclıq aksiyasına başlasam, ölümcül nəticə verə biləcəyinə dair məktub almışam. Lakin mən buna baxmayaraq əbədi aclıq aksiyası elan edirəm və qoy hamı görsün ki, vətəni sevmək nə deməkdir, hamı görsün ki, ambisiya nədir və ya öz ölkəsini özündən yuxarı tutmaq nə deməkdir”, - deyə Saakaşvili bildirib. Xatırladaq ki, Mixeil Saakaşvili həbs olunduqdan sonra 50 gün aclıq aksiyası keçirmişdi.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN