Ukraynanın Xarici İşlər Nazirliyi dünyanı Rusiyanın təcavüzünü dayandırmaq və Avropada sülhü bərpa etmək üçün ona qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb…

«Təzadlar» Ukrayna mediasına istinadla bildirir ki, Rusiyanın Ukraynanın şərqindəki yaraqlıların “respublikalarını” tanımasına cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytındakı bəyanatda belə deyilir. "Rusiya Federasiyasının bundan sonrakı qərarları və addımları daha çox dünyanın hadisələrə reaksiyasından asılıdır. Ona görə də biz bundan sonrakı addımların yolverilməzliyi barədə aydın şəkildə ciddi siqnal vermək üçün Rusiyaya qarşı sərt sanksiyaların tətbiqində israrlıyıq. Rusiyanın təcavüzünü dayandırmaq, Avropada sülhü və sabitliyi bərpa etmək üçün hərəkətə keçməyin vaxtı çatıb”.

Xatırladırıq ki, Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yaratdığı qondarma qurumların “müstəqilliyini” tanımaq qərarını pisləyib, çünki belə hərəkətləri ilə Rusiya Federasiyası beynəlxalq hüququn əsaslarını, BMT Nizamnaməsini kobud şəkildə pozub. Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir.

ABŞ Departamenti isə vurğulayıb ki, Rusiya Federasiyasının bu qərarının heç bir hüquqi nəticəsi olmayacaq, amma eyni zamanda, vəziyyətin gərginləşməsini kəskin surətdə artırır və Rusiyanın Minsk razılaşmalarından təkbaşına imtinası anlamına gələ bilər.

XİN qeyd edir ki, Rusiya Ukraynanı təxribata çəkmək istəyir, ona görə də onlar bütün riskləri nəzərə aldıqlarını, bu təxribatlara getmədiklərini və Rusiya-Ukrayna silahlı münaqişəsinin siyasi və diplomatik yolla həllinə sadiq olduqlarını bəyan edirlər.

Bildirilir ki, Ukrayna diplomatiyası silahlı münaqişənin baş tutmaması üçün bütün diplomatik arsenaldan istifadə edir.

Xatırlatma: Ukraynaya qarşı 8 illik təcavüzdən sonra Rusiya prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın işğal olunmuş ərazilərini -faktiki olaraq rəsmi Kremlin nəzarətində olan qondarma "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nı tanıdı. Putinin bu barədə olan fərmanı isə o deməkdir ki, Rusiya qoşunlarını  Ukraynanın adı çəkilən Donetsk və Luqansk vilayətlərinin (ORDLO) müəyyən rayonlarının ərazisinə daxil edilməsi hüquqi cəhətdən realdır, labüddür. Bundan əlavə, Rusiya “LPR” və “DXR” ilə “dostluq müqaviləsi” deyilən sazişi ratifikasiya etsə, ORDLO-da hərbi bazalarını qura biləcək.

Bütün dünya Rusiya Federasiyasının bu cür hərəkətlərini pisləyir və sanksiyalar tətbiq etməyə hazırlaşır.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN