Abxaziya İctimai Palatası (İP) ölkə hakimiyyəti ilə müxalifət arasında danışıqlar üçün qrup yaradıb.
Tezadlar.az xəbər verirki, bu barədə “Apsnypress” respublika xəbər agentliyi məlumat yayıb.
Bundan əvvəl Abxaziya İP üzvləri Sokrates Cindjolia və Ruslan Xaşıq müxalifətlə ölkə prezidenti Aslan Bjaniya arasında danışıqlarda vasitəçi olmaq təşəbbüsü ilə çıxış ediblər.
“Abxaziya İctimai Palatasının hakimiyyətlə müxalifət arasında danışıqlar aparmaq üçün yaratdığı xüsusi qrup siyasi böhranın həllinin mümkün variantları barədə tərəfləri məlumatlandırıb. Palatanın üzvü, Abxaziyanın keçmiş baş naziri Sokrat Cindjolianın rəhbərlik etdiyi qrupun nümayəndələri müxalifət liderləri və prezident Aslan Bjaniya ilə görüşüblər”, - məlumatda deyilir.
Qeyd olunur ki, qrup danışıqlara başlayıb və danışıqlar sabah davam etdiriləcək.
E.ŞİRİNOV