Luqansk vilayətində ruslarla gizli əməkdaşlıq edən icmaların rəhbərləri arasında 4 xain üzə çıxıb: Rubijne, Milov, Markovka və Stanitsia icmalarında...

Tezadlar.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Luqansk Regional Dövlət Administrasiyasının (OVA) rəhbəri Sergey Qayday Facebook-da və ümummilli telemarafonun efirində bu barədə danışıb. Sitat: "İcma başçıları arasında Rubijne, Milov, Markovka, Stanitsia Luqanskada dörd xainimiz var. Qələbədən sonra əməkdaşlıq haqqında qanunun bu insanlar üzərində necə işlədiyini görəcəyik..."
Telemarafonun efirində ölkədən qaçan və ukraynalı "nasistlər" haqqında saxta video nümayiş etdirən Rubijne meri ilə bağlı suala Qayday belə cavab verib: "Təəssüf ki, Stanitsia Luqanskada, Markovkada və Milovda belələri olub. Ərazilərin qalan rəhbərləri ya ərazidən ayrılıblar, ya da orada qalıblar, lakin işğalçılarla əməkdaşlıq etmirlər, sadəcə olaraq humanitar məsələlərlə məşğul olurlar".

Qeyd edək ki, aprelin 1-də Rubijne şəhərinin meri Sergey Hortovun Ukraynaya xəyanət edərək Rusiya Federasiyasının hərbçilərinin tərəfinə keçdiyi məlum olub. Şəbəkədə Hortovun rus təbliğatı üslubunda Ukrayna Silahlı Qüvvələrini “nasist” adlandırdığı və silahlarını yerə qoymağa çağırdığı video yayımlanıb. Demək olar ki, müharibənin ilk günlərindən onunla heç bir əlaqə olmayıb. Onun müharibə qanunları ilə cəzalandırılacağı bildirilir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN