Ukraynada gedən müharibə daha kəskin xarakter almaqdadır.

Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində mülki əhalini kütləvi qətlə yetirməsi dünyanın sərt tənqidi və reaksiyası ilə müşaiyyət olunur... Bu səbəbdən Ukraynaya daha ciddi hərbi dəstək çağırışları artmaqdadır. Dünən 30 ABŞ konqresmeni ABŞ prezidenti Co Baydendən Ukraynaya daha çox silah, o cümlədən yer-hava raketləri, döyüş təyyarələri və gəmi əleyhinə raketlər verməsini tələb ediblərr. Tezadlar.az xəbər verir ki, bu barədə ABŞ mediası, o cümlədən CNN tərəfindən əldə edilən məktubda bildirilir. Qanunvericilərin tələbi Ukrayna rəsmiləri tərəfindən keçən həftə Capitol Hill-ə təqdim edilmiş və Ukraynanın daha çox köməyə ehtiyacı olan 17 bölgənin sadalandığı istək siyahısına əsaslanır. Söhbət Ukraynada ehtiyatları tükənən “Stinger” zenit-raket komplekslərinin və tank əleyhinə “Javelin” raketlərinin, həmçinin pilotsuz təyyarələrin tədarükünün artırılmasından gedir ki, Ukrayna Şərqində ruslarla daha effektiv mübarizə apara bilsin. Məktubun təşəbbüskarı Demokrat Partiyasının Nyu Cersidən olan nümayəndələri Endi Kim və Koloradodan Ceyson Krou və Respublikaçılar Partiyasının Miçiqandan olan üzvü Piter Meyer tərəfindən irəli sürülüb. Çox güman ki, bu istək tezliklə həllini tapacaq.

Ukraynaya hərbi yardım tərəfdarı olan ölkələrin isə sayı durmadan artır. Çünki Rusiya müharibədə böyük itkilər versə də özünü sındırmır, daha çox nəyəsə nail olmağa çalışır...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN