Ruslar Donetsk, Luqansk və Xerson vilayətlərinin ərazisinə tam nəzarəti ələ keçirmək və müvəqqəti işğal olunmuş Krımla quru dəhlizini saxlamaq məqsədilə Şərq Əməliyyat Zonasında aktiv hücum əməliyyatına başlayıb.

Tezadlar.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bu gün mayın 12-ə olan opertativ məlumatında deyilir. Belə ki, Volın, Polesski və Seversk istiqamətlərində Belarusun silahlı qüvvələrinin müəyyən bölmələri də Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin möhkəmləndirilməsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. "Belarus ərazisindən dövlətimizin ərazisindəki obyektlərə raket və bomba zərbələri təhlükəsi qalmaqdadır. Bryansk və Kursk vilayətlərinin buraxılış məntəqələrində və sərhədyanı ərazilərində Rusiya Federasiyası FSB-nin sərhəd xidmətinin gücləndirilmiş dəstələri, habelə Rusiya Federasiyası silahlı qüvvələrinin bölmələri var. Bundan əlavə, rus işğalçıları Çerniqov vilayətinin Qorodnyanski rayonunda yaşayış məntəqələrini artilleriya atəşinə tutaraq, Sumı vilayətinin Şostkinski rayonundakı yaşayış məntəqəsinə havadan zərbələr endiriblər".

Bir sözlə, deyəsən, Rusiya Ukrayna ərazisində apardığı müharibəni yeni fazaya keçirmək niyyətindədir. Çünki uzunmüddətli müharibədə hansısa nailiyyətin olacağı mümkünsüz görünür...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN