Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasının NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçlə "heç bir probleminin olmadığını" bildirib, amma həm də cavab tədbirləri görəcəyi ilə hədələyib...
Tezadlar.az bildirir ki, Putin Kremldə keçirdiyi KTMT sammitində belə deyib. Sitat: “Rusiyanın bu dövlətlərlə (Finlandiya və İsveçlə – red.) heç bir problemi yoxdur.
Bu mənada bu ölkələrin hesabına ekspansiyada Rusiyaya birbaşa təhlükə yoxdur. Amma bu ərazilərə hərbi infrastrukturun genişləndirilməsi, şübhəsiz ki, bizim cavab tədbirlərimizə səbəb olacaq. Və nə olacaq, o baxır yaranacaq təhlükələrə. Problemlər sıfırdan yaranır. Biz də buna uyğun cavab verəcəyik”.
Xatırladırıq ki, az əvvəl Putin bu iki ölkənin NATO-ya daxil olması məsələsinə qəzəblə yanaşmışdı. Və Putin hazırda bu ilin payızında keçiriləcək hərbi təlimlərə diqqət ayırmaqdadır. Bu təlimlərdə hansı hərbi güclər sınanılacaq, bu hələ sirr olaraq qalır...
A.Məmmədli