Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xarkov və Xerson vilayətlərində uğurlarını qeyd edib.

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Zelenski xalqa növbəti müraciətində deyib. Sitat: "Xerson istiqamətində müəyyən uğurlar, eləcə də Xarkov vilayətində irəliləyiş vardır. Ukrayna silahlı qüvvələri Zaporojye vilayətində işğalçıların təzyiqlərinin qarşısını alıb. Əsas istiqamət Gulyaipole və Orekhovodur. Yaşasın Ukrayna!"

Zelenski vurğulayıb ki, Ukrayna hərbçiləri “Rusiya ordusunun texnika və say baxımından hələ də əhəmiyyətli üstünlüyə malik olmasına baxmayaraq, cəbhə xəttində vəziyyətin hakimi olaraq qalır. Biz haqq tərəfik, dünya bizi dəstəkləyir.”.
Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı iki gün əvvəl məlumat verib ki, Ukrayna qoşunları düşməni Xerson vilayətinin Nikolaevka qəsəbəsindən geri çəkilməyə məcbur edib. Mayın 29-da isə Xarkov OVA-nın sədri Zelenskiyə bildirib ki, hazırda region ərazisinin 31%-i müvəqqəti işğal olunub, lakin artıq 5%-i rus işğalçılarından azad edilib, əks-hücumlar davam edir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN