booked.net booked.net  

"Portuqaliyaya göz açmağa imkan vermədik".

Bunu açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 finalında Portuqaliyanı 3:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib. Oyunçu görüşə çox yaxşı hazırlaşdıqlarını bildirib: "Oyunumuz da yaxşı alındı. Onların əvvəlki iki görüşünü izləmişdik. Necə oynamalı olduğumuzu bilirdik. Matça yüksək motivasiya ilə hazırlaşmışdıq. Əhvali-ruhiyyəmiz ən üst səviyyədə idi. Azərbaycandan dəstək verən azarkeşlər bizi oyuna yaxşı kökləmişdilər. Portuqaliya kimi futbol ölkəsinin komandasına qalib gəldiyimiz üçün sevinirik". Qeyd edək ki, Azərbaycan millisi bu gün 1/4 finalda Bolqarıstanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA